Əməkdar artist Rəşad İlyasovun övladları təhsil almaq üçün xaricə gedib.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Həmin Zaur" verilişində məlumat verib.
R.İlyasov qızını bu gün Çinə yola salacağını bildirib:
"Qızım bu gün təhsillə bağlı Çin yay məktəbinə gedir. Bakıda Xarici Dillər Universitetinin Çin dili fakültəsində oxuyur. 4-cü kursu bitirsin, sonra baxaq görək magistratura məsələsi necə olacaq.
Ötən dəfə icazə vermədim. Bu dəfə getdim özüm də maraqlandım. Amma görürəm ki, bir az uşaqları sərbəst buraxmaq lazımdır.
Qızımdan da arxayınam. Qiymətləri də çox yaxşıdır. Uşaqlarıma görə çox narahatam. Oğlum da Bakı Dövlət Universitetini bitirdi. O da Avropaya gedir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun