Müğənni Nyuşa və iş adamı İqor Sivov boşanma məsələsinə baxılan məhkəmə iclasında barışmaqdan imtina ediblər.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Cütlük məhkəmə zamanı evliliklərini xilas etmək istəmədiklərini bildirib.
Qeyd edək ki, boşanmaya səbəb İqorun Nyuşaya xəyanət etməsi olub. 2017-ci ildə ailə quran cütlüyün 2 övladı var.
Milli.Az