Yutub platforması rusiyalı müğənnilər Oleq Qazmanov, Yuliya Çiçerina, Polina Qaqarina, Qriqori Leps, Şaman və aparıcı Vyaçeslav Manuçarovun kanallarını bloklayıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu, Litva Radio və Televiziya Komissiyasının "Google"dan rusiyalı müğənni və teleaparıcıların Aİ-nin sanksiya siyahısına daxil edildiyi üçün hesablarının silinməsini xahiş etməsindən sonra baş verib.
Qeyd edək ki, 2024-cü ilin iyun ayının sonunda bəzi rusiyalı sənətçilərin mahnıları "Spotify" musiqi platformasından da silinib.
Milli.Az