Xalq artisti Aygün Kazımovaya qonaq olduğu "İncə səhər" verilişində sürpriz edilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Pop kraliça 1999-cu ildə lentə alınan "Tənha qadın" klipində çəkilən Xalq artisti Lətifə Əliyeva ilə görüşüb.
Aktrisa Kazımovanı görmək istədiyini deyərək, studiyaya gəlib. O, ekran işində rol almasından danışıb:
"Səsi çox şirindi. Klipə çəkildim və pulumu da verdi. Qayğılı həyat, iş, unutdum. Gedirəm mağazaya, mən girən kimi bu mahnı qoyulur. Hər yerdə məni görəndə bu mahnı səsləndirilir. Bir dəfə də mağzada qız dedi ki, siz oynayan klipdir. Səsin bal kimidir, yadda qalandır, unudulan deyil. Geyinir, parıldayır, amma onların içində onda bir sadəlik var".
Qeyd edək ki, "Tənha qadın"ın sözləri Zahidə xanım, musiqisi Cavanşir Quliyevə məxsusdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun