Bir müddət öncə Murad İsmayılla boşanma açıqlaması yayan aktrisa Ülviyyə Xəlilbəyova psixoloq qəbulunda olub.
OLAY yazır ki, terapiyada olan Ülviyyə göz yaşlaırnı saxlaya bilməyib.
Onun bu anları instaqramda diqqət çəkib. Bundan əlavə aktrisa öz hesabında bu sözləri qeyd edib:
“Həddən artıq öz sevginin sonu zənnimcə, tənhalıqdır. Hər şey qədərində gözəldir. İfrata vardıqda qıraqdan çox çirkin görünür. Nizami əbəs yerə deməyib:
“Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da””.
Qeyd edək ki, eks-cütlüyün iki oğlan övladı var.