"Meyxanaçıların hamısı kənardan yaxşı görünür, zəngin görünür".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Rəngarəng səhər" verilişində deyib.
O, sənət dostları arasında ən zəngin özünün olduğunu bildirib:
"Adam var ki, həvəskardır. Baxır ki, kimin nəyi var, nə qədər pulu var. Mən də kasıb deyiləm, deyərdim ki, elə meyxanaçılar arasında ən pullusu mənəm, milyonerəm, oliqarx meyxanaçıyam. Mən bu gün mahnı oxuyuramsa, şeir deyirəmsə və ona bir gecədə 5 min adam baxırsa məndəm milyoner adam yoxdur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun