Şəbnəm özündən çıxdı: "MƏRDİMAZARLAR..."

Şəbnəm özündən çıxdı: "MƏRDİMAZARLAR..."

"Gəncə şəhəri məni çox sevir. Orada yetəri qədər izləyicim var".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Əsədova (Tovuzlu - red.) "Maqazin plus" verilişinə açıqlamasında deyib.

Gəncə konsertindən danışan müğənni onu sevməyənlərin hədəfinə tuş gəlib:

"Bizim konsertə 2500 bilet satılmışdı. Sadəcə məkan çox böyük idi. Mərdiməzar olmasa olmaz. Mərdiməzar hər yerdə var. Havanın qaralmağını da özüm gözlədim. Çünki orada böyük monitorlar var idi. Sizcə, hava işıqlı ola-ola orada nəsə görünərdi? Ona görə də konserti 9-a qədər uzatdım. İnsanlar da orada idilər, gedənlər də özləri bilər. Heç kimi məcbur saxlamaq olmaz".

"Səhnə ilə oturacaqların ara məsafəsi çox idi deyə, mən səhnəyə çıxan kimi hamı yaxınlaşdı səhnənin qabağına. O mərdiməzar da boş pilləkənləri çəkmişdi. Etsin. Nə olacaq ki?", - deyə Ş.Tovuzlu əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun