Yerli "Leonardo DiCaprio" bu dəfə palçıq vannası ilə gündəmə gəldi

Yerli "Leonardo DiCaprio" bu dəfə palçıq vannası ilə gündəmə gəldi

2000-ci illərdə gənc qızların sevimlisi olan aktyor Arda Kural bu dəfə palçıq vannası qəbul etməyi ilə gündəmə gəlib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, aktyor 193 min izləyici olan şəxsi "Instagram" hesabında palçıqlı şəklini paylaşıb. 

O, şərh bölümünə isə "Palçıq at, izi qalsın" ifadəsini qeyd edib. 

Qeyd edək ki, bir zamanlar Arda Kurala yerli Leonardo DiCaprio ləqəbi verilmişdi. Daha sonra sağlamlıq problemi yaşayan aktyor uzun müddət depressiya yaşayıb. 


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun