Xalq artisti Afaq Bəşirqızı aparıcının ona ünvanladığı suala əsəbiləşib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "Şən gənc" proqramında aparıcı Aysel Novruzova ona "Tanındığınızı nə vaxt hiss etdiniz? Bu, nə zaman, neçə ildən sonra hiss olundu" sualını ünvanlayıb.
Əsəbiləşən aktrisa "Bu günlərdə. Bu yaxınlarda. Demək olar. Qəfildən yoldaşım səhər oyananda dedi, Afaq, filan şeyi gətir. Bildim tanıyır məni. Qızım, biz elə tərbiyə görmüşük ki, belə qələt etməmişik: mən ulduzam, məşhuram" cavabını verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun