Müğənni Dana Durdananın Hacı Mehtabla oxuduğu “Birlik nəğməsi” müzakirə yaradıb.
OLAY yazır ki, mahnıdakı bəzi detallar birmənalı qarşılanmayıb.
“Şah İsmayıl soyundanıq”, “Qazan xanın boyundanıq” ifadələrini tənqid edənlər olub.
“Şah İsmayılın soyundan deyilik. Oğuz xanın soyundanıq. Tarixi düzgün oxumaq lazımdır. Şah İsmayılın anasının atası türkdür, atası isə kürtdür. Başqa qaynaqda ərəb yazılır. Oğuz soyu ilə əlaqəsi yoxdur”, - deyə, istifadəçilərdən biri şərhdə yazıb.
Digəri “Qazan xan müsəlmanlığı qəbul etmiş monqol olub. Haradan o soydan oluruq?” rəyini qeyd edib.
Bəzi istifadəçilər bu fikirlərlə razılaşmayıb. Onlar mahnıda “Dədə Qorqud” dastanındakı Qazan xanın nəzərdə tutulduğunu qeyd ediblər. Bir çoxu isə Şah İsmayılın məhz türk olduğunu bildirərək müzakirəyə qoşulub.