“Orada konsertinə icazə verilirsə, deməli, səviyyəsi var” - İzzət Bağırov

“Orada konsertinə icazə verilirsə, deməli, səviyyəsi var” - İzzət Bağırov
“Orada konsertinə icazə verilirsə, deməli, səviyyəsi var” - İzzət Bağırov

"Konsert vermək üçün həvəs və istək lazımdır. Bir şeyi əldə etmək istəyirsənsə, buna inanmalısan. İstəsən, baş tutacaq. Qarşına məqsəd qoymalısan".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "1001 şou" verilişində deyib. O, Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etməyə hər müğənniyə icazə verilmədiyini bildirib:

"Təbii ki, bu gün Heydər Əliyev Sarayı kimi böyük bir məkanda konsert verməyə hər müğənnini buraxmırlar. Əgər bir müğənniyə icazə verilirsə, deməli, onun müəyyən səviyyəsi, titulu var ki, orada konsert verir.

Bundan əlavə, Heydər Əliyev Sarayının ab-havası çox ağırdır. Orada konsert vermək böyük məsuliyyətdir. Müəyyən xərclər var və ən böyük məsuliyyət canlı oxumaqdır.

Səhnəyə çıxanda istəyirsən ki, zalı dolu görəsən. Hər bir müğənninin arzusudur ki, anşlaq olsun. Konsertə üç-dörd gün qalmış biletlər tükənsin, insanlar bilet tapmaq üçün əl-ayağa düşsün, sənə zəng etsinlər. Bu, sənə böyük şərəf verir, zövq alırsan. Bütün bunlar baş verəndən sonra isə rahatlaşırsan və konsertdə rahat oxuyursan".

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Vüsal Əliyev Heydər Əliyev Sarayında konsert vermək üçün dəfələrlə müraciət etdiyini, lakin müsbət cavab ala bilmədiyini bildirmişdi. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az