"Allah anamı mənə çox görməsin. O olmasa yaşaya bilmərəm".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri teleaparıcı Günay Baxşəliyeva deyib.
Anasının ona dəstəyindən söz salan teleaparıcı valideynlərindən ağız dolusu danışıb:
"Mənim burada dayanmağımın səbəbkarı anamdır. O olmasa, mən evdən çıxa bilmərəm, çalışa bilmərəm. Mən ondan başqa heç kimə övladlarımı həvala edə bilməzdim. Onun yanındadırlar deyə mən çox rahat oluram. Allah anaları bizə çox görməsin".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun