Türkiyənin 1990-cı illərdə məşhurlaşan müğənnilərindən Bendeniz uzun müddət sonra yenidən diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, bir vaxtlar mahnıları və özünəməxsus tərzi ilə geniş auditoriyanın rəğbətini qazanan ifaçının yeni görüntüləri sosial şəbəkələrdə yayılıb.
İllər sonra lentə alınan görüntülərdə müğənninin dəyişən görünüşü izləyicilərin marağına səbəb olub. Paylaşım sosial şəbəkə istifadəçiləri arasında müzakirə yaradıb.
Qeyd edək ki, Bendeniz 1990-cı illərdə Türkiyə pop musiqisinin tanınmış ifaçılarından biri olub. O, həmin dövrdə bir sıra hit mahnıları ilə böyük populyarlıq qazanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə:
news.milli.az
















