Avroviziya təmsilçimiz Aysel Teymurzadə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə ilə boşanma xəbərlərini yalanlayıb.
OLAY yazır ki, Aysel açıqlama yaymasa da, Filarmoniyada baş tutan tədbirdən video paylaşıb.
O, paylaşıma həyat yoldaşını işarələyib və ürək emojisi qeyd edib.
Xatırladaq ki, Demokrat.az cütlüyün boşanma ərəfəsində olduğu ilə bağlı xəbər yayıb. Hətta onların ayrı yaşadıqlarını, Ayselin boşanma ilə bağlı sənədlərinin mediasiya idarəsində olduğunu iddia edib.