“Yoruldum”

“Yoruldum”

Türkiyəli məşhur aktyor Oktay Kaynarca maraqlı açıqlaması ilə yenidən gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, yeni layihələr üçün görüşlər keçirdiyini desə də yorulduğunu da etiraf edib.

O, artıq aktyorluğu buraxmaq istədiyini açıqlayıb:

"Yoruldum. Açığı, artıq düyməni basmaq - aktyorluğu buraxmaq istəyirəm. Amma bacara bilmirəm, sağlamlığım hələ ki imkan verir, davam edirəm. Aktyor yaşlandıqca daha dəyərli olur. Lakin çox yoruldum".

Qeyd edək ki, Oktay Kaynarca sonuncu dəfə "Mən bu cahana sığmazam" serialında rol alıb.

Milli.Az