Xəbər verdiyimiz kimi, bir neçə gün öncə komaya düşən tanınmış meyxanaçı Elnur Valeh vəfat edib. Bu haqda onun yaxınları sosial şəbəkədə məlumat verib.
Milli.Az xəbər verir ki, News24.az-ın məlumatına görə, Elnur Valehin sonuncu ifası qatıldığı toy məclislərindən birində "Gülüm Gülüm" mahnısı olub.
Qeyd edək ki, meyxanaçı 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alırdı.
Onun bir neçə gün öncə toydan çıxarkən halı pisləşib və komaya düşüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun