Brilliantın dünyaca məşhur mahnısı 35 yaşında! - VİDEO

Brilliantın dünyaca məşhur mahnısı 35 yaşında! - VİDEO

Xalq artisti Brilliant Dadaşovanın ifasında məşhurlaşan Eldar Mansurovun təkrarsız bəstəsi "Bayatılar"ın 35 yaşı olur.

Sözləri Vahid Əzizə məxsus mahnı 1989-cu ildə təqdim olunsa da, bu gün də aktualdır.

Mahnının ilk fərqli versiyası 1990-cı ildə "Ashkabad"ın ifasında səsləndirilib. Daha sonra eyni ildə Rusiyada Reno "Здравствуй" adıyla təqdim etsə də, mahnı 1995-ci ildə ən populyar dönəmini yaşayır. Sezen Aksu və Levent Yüksel tərəfindən "Zalim" adıyla təqdim edilir.

Onlarla yunan və türk sənətçinin ifasından sonra Kati Qarbinin "Esena mono" təqdimatı bütün dünyada hit olur.

Ardınca isə Edvard Maya və Vika Jugilina "Stereo love"la daha bir "partlayış" yaşadır.

Ümumilikdə isə mahnı Hindistan, Özbəkistan, Braziliya, Xorvatiya, Almaniya, Portuqaliya, İsrail, İran, Birləşmiş Krallıq, Rumıniya, Türkiyə, Yunanıstan, Türkmənistan, İsveçrə, ABŞ, İtaliya və başqa ölkələrdə uğur qazanıb.

Yerli sənətçilər də bu mahnıya dəfələrlə müraciət ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun