Türkiyəl aktrisa İpek Tuzcuoğlu "İşin Aslı" proqramında boşana bilməyən qadınlarla bağlı diqqətçəkən açıqlamalar verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Tuzcuoğlu iqtisadi şərtlərin boşanmaya ən böyük maneə olduğunu bildirib. O, bu vəziyyətin bədbəxt evliliklərin davam etməsinə səbəb olduğunu iddia edib:
"İqtisadi şərtlərə görə boşanmaların ola bilməyəcəyini düşünürəm. Qadınlara iqtisadi azadlıq versəniz, Türkiyədə 95 faizi boşanacaq".
Tuzcuoğlunun sözləri sosial mediada müzakirələrə səbəb olub. Bir çoxları boşanmalarda iqtisadi gücün mühüm rol oynadığı ilə razılaşsa da, bəziləri bədbəxt bir evlilikdə qalmağın iqtisadi əsaslarla əlaqəsinin olmadığını bildirib.
Milli.Az