Rusiyalı aktrisa Yana Troyanova terrorçular və ekstremistlər siyahısına daxil edilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, iyunun 11-də Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin onun ifadələri yoxlamaq əmri verib.
Departamentin məlumatına görə, videolardan birində sənətçi uşaqlar da daxil olmaqla rusların qətlinə çağırışlara açıq şəkildə dəstəyini ifadə edib.
İyunun 21-də isə Moskva prokurorluğu Troyanova qarşı ekstremizmlə bağlı cinayət işinin başlanmasına qərar verilməsi üçün yoxlama materiallarını istintaq orqanına göndərib.
Milli.Az