Amerikalı məşhur aktyor Nikolas Keyc uzun müddət sonra xanımı Riko Sibata ilə görüntülənib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 29 yaşlı xanımı ilə "Ruh kolleksiyaçısı" filminin premyerasına qatılıb.
Qeyd edək ki, 60 yaşlı Nikolas Keyc və Riko Sibata 2019-cu ildə aktyorun Tokioda çəkilişləri zamanı tanış olublar. Hollivud aktyoru koronavirus pandemiyası zamanı xanımına onlayn evlilik təklifi edib. 2021-ci ilin fevral ayında sevgililər evləniblər.
Cütlüyün bu izdivacdan bir qızı var.
Milli.Az