Evlənməyə vaxtları yoxdur

Evlənməyə vaxtları yoxdur
Evlənməyə vaxtları yoxdur

Türkiyəli aktrisa Hazal Subaşı müğənni Oğuzhan Koçla münasibətlərinin gələcəyi barədə danışıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa jurnalistlərlə söhbətində nikah mərasimi ilə bağlı hələlik konkret tarix müəyyənləşdirmədiklərini açıqlayıb. Onun sözlərinə görə, hər ikisinin iş qrafikinin sıx olması evlilik planlarını həyata keçirməyə imkan vermir.

Hazal Subaşı bildirib ki, həm Oğuzhan Koçun, həm də özünün peşə fəaliyyətinə görə mərasim üçün uyğun vaxt tapmaq çətindir. Bununla belə, aktrisa gələn il şəraitin dəyişə biləcəyini istisna etməyib.

"Evlənmək üçün vaxtımız yoxdur, məşğuluq. Vaxtı planlaşdırmaq vacibdir, axı bu, bir mərasimdir. O, çox çalışır, mən də çəkilişlər başlayanda çox işləyirəm. Görək, bəlkə gələn il vaxt tapanda", - deyə o bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az