Müğənni Elvin Abdullayev yay tətilindən danışıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu yay bütün boş vaxtını ailəsinə ayıracağını söyləyib. O bildirib ki, hazırda Qaxda dincəlir:
"Ailə üzvlərimlə birlikdə gəldik ata yurdum Qaxa, təbiət qoynunda dincəlirik. Bir həftə sonra isə Bakıya qayıdıb, Türkiyəyə yolanacağam. Ora da xanımım və övladlarımla gedəcəyəm. Bu il işdən başım açılmadı. Ona görə də uşaqlarıma vaxt ayırmaq qərarına gəldim. Onları Bodruma aparacağam. Toy mövsümünün bitməsindən istifadə edib onlarla dincələcəyəm.
Həm də balaca oğlum Səid futbola gedir. Türkiyəyə getməyimizin birinci səbəbi odur. Orada futbolla bağlı klub, akademiya axtarıram. Ən yaxşısına yazdıracağam".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun