Türk müğənni Güllünü öldürməklə ömürlük həbs cəzası alan qızı Tuğyan Ülkem Gülterin tibb bacısı kimi çalışdığı xəstəxanada pasiyentlərə qarşı pis rəftar göstərdiyi iddiaları ilə bağlı araşdırma başladılıb.
OLAY yazır ki, iddialara görə Tuğyan: gecə səs salan pasiyentlərin yatması üçün onlara iynə vurub, xəstəxananın təmizlik işçilərinə pasiyentlər üzərində ürək masajı etməyi öyrədib, reanimasiya şöbəsində vəfat edən bəzi pasiyentlərin ölüm saatları fərqli göstərilib, pasiyentlərə ürək masajı edirmiş kimi davranaraq onlarla lağ edib.
Qeyd edək ki, bunlar mətbuatda yer alan iddialardır. Araşdırmanın nəticələri barədə əlavə rəsmi məlumat təqdim olunmayıb.
Mənbə:
olay.az
















