Alla Puqaçovadan Kiyevdəki hücumla bağlı: “Hər şeyin həddi var"

Alla Puqaçovadan Kiyevdəki hücumla bağlı: “Hər şeyin həddi var"

Rusiyanın Xalq artisti Alla Puqaçova rus ordusunun Kiyevdəki Oxmatdıt uşaq xəstəxanasına raket hücumu ilə bağlı paylaşım edib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Puqaçova rəsmi "Instagram" hesabında baş verən hadisəni pisləyib.

O, xəstəxanada yaralanan azyaşlının fotosunu paylaşaraq, "Allah səbirlidir, amma hər şeyin həddi var" deyə yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun