Qonşusu görmə məhdudiyyətli gürcü müğənni Diana Qurtskayanın Moskvanın mərkəzindəki mənzilinə atəş açıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, hadisə nəticəsində ölən və yaralananlar olmayıb. Hadisədən sonra ifaçı Xamovniki rayon Daxili İşlər İdarəsinə ərizə ilə müraciət edib. Artıq hüquq-mühafizə orqanları atəş açan şəxsin kimliyini müəyyənləşdirib. Onun qonşu evin sakini olduğu üzə çıxıb.
Atışma Qurtskayanın Rujeynidəki evində baş verib. Ehtimal olunur ki, qonşu məşhurun mənzilinə qəsdən atəş açmaq niyyətində olmayıb, hadisə təsadüfən baş verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun