Amerikalı aktyor, dramaturq Maykl Kerns 76 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə "People" nəşri Los-Anceles Şəhər Səhiyyə Departamentindən əldə edilən ölüm şəhadətnaməsinə istinadən məlumat yayıb.
Sənədə əsasən, aktyor oktyabrın 5-də ürək-ağciyər dayanması nəticəsində dünyasını dəyişib. Koronar arteriya xəstəliyi isə ölümün əsas səbəbi kimi göstərilib.
Qeyd edək ki, Maykl Kerns "Body Double", "Cheers" və "Beverly Hills, 90210" kimi film və televiziya layihələrindəki rolları ilə tanınıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Mənbə:
news.milli.az
















