Müğənninin konserti zəlzələyə səbəb oldu

Müğənninin konserti zəlzələyə səbəb oldu

İsveçrənin Sürix şəhərində amerikalı müğənni Teylor Sviftin konserti seysmik aktivliyə səbəb olub.

Milli.Az unikal-a istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti məlumat yayıb.

Seysmoloqların məlumatına görə, iyulun 9-da Teylor Sviftin Sürixdə konserti zamanı seysmik titrəyişlər qeydə alınıb.

"Konsert tamaşaçılarının yaratdığı titrəyişlər Letziqrund stadionunun ətrafında altı kilometrə qədər məsafədə yerləşən səkkiz seysmik şəbəkə stansiyasında görünür", - xidmətin saytındakı məlumatda deyilir.

Qeyd edilib ki, konsert zamanı stadionda 50 min insan olub.

İyun ayında amerikalı müğənninin konsertləri Şotlandiyanın Edinburq şəhərində də kiçik zəlzələlərə səbəb olmuşdu. 

Milli.Az