Kadir İnanır reanimasiyaya yerləşdirildi

Kadir İnanır reanimasiyaya yerləşdirildi

Mart ayında beynindəki laxtalanma nəticəsində üçüncü dəfə əməliyyat olunan türkiyəli aktyor Kadir İnanır yenidən reanimasiyaya yerləşdirilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, "Yeşilçam"ın tanınmış aktyorlarından olan 75 yaşlı Kadir İnanırın bu dəfə ağciyərindəki infeksiya səbəbilə Yeditepe universiteti Koşuyolu xəstəxanasında reanimasiyaya yerləşdirildiyi bildirilir.

Əldə olunan məlumata görə aktyor artıq 3-cü gündür reanimasiyadadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun