“Türk serialları Rusiyada qadağan edilməlidir, çünki kişi-qadın münasibətinin mənzərəsini çox gözəlləşdirir və onlara baxanlarda saxta kişi obrazı yaradır”.
OLAY yazır ki, bunu “Qovorit Moskva” radiosuna rus deputat Vitali Milonov deyib.
Onun fikrincə, Rusiyada türk serialları ümumi sayın bir faizini keçməməlidir. Milonov bildirib ki, rəqəmsal platformalara heç kim nəzarət etmir:
“Türk seriallarına qadağa qoyulmalıdır. Çünki onlar tam zibildir. Bu başdan ayağa yalandır. Bu kababçılar birdən-birə yaxşı aktyor olduğuna qərar verdilər. Türkiyədə bir dənə də ağıllı aktyor yoxdur, hamısı tamamilə istedadsız, ucuz soyğunçulardır”.
Onun sözlərinə görə, sonda hər şeyin reallıqda belə olduğunu düşünməsi ilə nəticələnir. Çünki reallıqda türklərin qadınlara münasibəti serialda göstərildiyi kimi deyil.