Aparıcı-prodüser Tarix Əliyev İtaliyadan sonra Fransaya yollanıb.
OLAY yazır ki, bu barədə sənətçi instaqramda paylaşımlar edib. Parisdən görüntülərini paylaşan Tolik bunları yazıb:
“Fransada ilk günümüz. Amma fəxr elədim ki, Eyfel qülləsinin düz yanında Azərbaycan Respublikasının Səfirliyinin Mədəniyyət Xidməti yerləşir. O 3 rəngli bayrağın altında dostumuz da, düşmənimiz də istər-istəməz keçib Eyfel qülləsinə gedir”, - deyə, T. Əliyev bildirib.