Məşhur amerikalı aktyor Nikolas Keycin oğlu, aktyor Ueston anası, aktrisa Kristina Fultonu döydüyü üçün saxlanılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Ueston psixi sağlamlıq problemlərinə görə anasına hücum etdiyi üçün Los-Ancelesdə saxlanılıb.
O, daha sonra 150 min dollar girov müqabilində azadlığa buraxılıb.
Qeyd edək ki, Nikolasın Uestondan başqa keçmiş həyat yoldaşı Elis Kimlə evliliyindən Kal-El Koppola adlı oğlu var. Onun beşinci həyat yoldaşı Riko Şibatadan Avqusta Françeska adlı qızı da dünyaya gəlib. Bu, ana ilə oğul arasında baş verən ilk belə hadisə deyil.
Milli.Az