Müğənni Sevda Əliqızı mülklərindən danışıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Elgizlə izlə" verilişində yeni sənətə gələn ifaçılardan danışıb.
"Mənim gördüyüm pulları indiki yeni müğənnilər görməyib. Pulum, hər şeyim olub. Dəfələrlə yeni tikili binalarda evlərim olub. Birini alıb, birini satmışam. Heç vaxt burnumu qaldırıb baxmamışam. Kiməsə yuxarıdan aşağı baxmamışam. Kimin pulu, kimin şan-şöhrəti var... İnsanlıq qalacaq bu dünyada, hər şey gəldi gedərdi" deyə, S.Əliqızı əlavə edib.
Milli.Az