"Mən öləndən sonra daha gözəlini tapacaq"

"Mən öləndən sonra daha gözəlini tapacaq"

"Mənə görə ən böyük sevgi Allah sevgisidir, qalan bütün sevgilər keçicidir".

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Günaydın Azərbaycan" verilişində deyib.

Sənətçi "Sənə görə əsl sevgi necə olur" sualını belə cavablandırıb:

"Mən öləndən sonra o "səni sevirəm" deyən məndən də gözəlin, məndən də yaxşısın tapacaq.

Dünyaya gətirdiyin bala da səninlə qəbrə girməyəcək. Amma yalnız Allah o dünyada mənimlə olacaq. Buna görə də ən böyük sevgi Allah sevgisidir. Allah o sevgini bizdən almasın".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun