“Ərimlə məni oğlan müğənni ayırdı”

“Ərimlə məni oğlan müğənni ayırdı”

Müğənni Sevda Kazımova qonaq olduğu  teleproqramda maraqlı açıqlama verib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, onu ərindən ərinin dostu ayırıb.

"Həyat yoldaşımla ayrılmağımı istəyən ara vuranlar, ev dağıdanlar var idi. Bizim ayrılmağımıza səbəb müğənni oğlan olub. Bir də gördüm ki, mən və həyat yoldaşım ayrılmışıq. Heç birimiz ayrılmağa qərar vermədik. Mən indi yaşadığım evdə qaldım, həyat yoldaşım isə buradan çıxıb getdi. O həm mənim, həm də ərimin dostu idi. Ev dağıdanın evi olmaz, onun da evi dağıldı", -  müğənni bildirib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun