Hüseyn 153 milyonluq borcundan danışdı

Hüseyn 153 milyonluq borcundan danışdı

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov külli miqdarda vergi borcu olması haqda sualları cavabıandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, , bir müddət əvvəl Hüseynin Rusiya vergi orqanlarına 153 milyon rubl (təxminən 3 milyon manat) borcu olması haqda xəbərlər dərc edilib. Buna görə də vergi orqanları onun Moskvadakı bahalı mənzilini və avtomobillərini əlindən almağa çalışır.

İzləyicilərindən biri blogerə "Səni xəbərlərdə izləyirik. Danışacaqsan" sualını ünvanlayıb.

Həsənov yazılanlara "Əgər kimsə nəsə danışır və ya yazırsa, bu hər zaman düzgün olduğuna dəlalət etmir. Hər şey yaxşıdır" reaksiyasını verib.

Bloge "Nəyə görə Azərbaycana köçdünüz" sualına isə "Heç yerə köçməmişəm. İstədiyim yerdə və istədiyim vaxt yaşayıram. Bakıdakı tətildən və buradakı həyatdan həzz alıram. Hər zaman səyahət edirəm və dünya adamıyam. Mənim üç əsas yaşadığım şəhər var: Bakı, Moskva və Dubay. Hər yerdə də bütün işlərim düz yoldadır" cavabını verib.  

Bloger qadınlarla və şəxsi həyatı ilə bağlı sualıda cavabsız qoymayaraq, bunları yazıb:

"Hələ ki subayam. Yəni mən nə evli, nə də hansısa bir xanımla münasibətdəyəm. Kimlə istəsəm, istədiyim vaxt və istədiyim qədər ünsiyyət qururam. İstənilən yerdə də tanış oluram. Məni necə istəyirsinizsə, elə də adlandırın. Heç vecimə də deyil. Yeri gəlmişkən, aldatmağa qəti şəkildə qarşı olan kişilərin kiçik faizinə aidəm. Heç vaxt adamımı aldatmayacağam. Mən yalnız bir insanı sevə bilirəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun