Hacı İsmayılov niyə Nuriyyə Əhmədova haqqında danışmaq istəmir? - FOTO

Hacı İsmayılov niyə Nuriyyə Əhmədova haqqında danışmaq istəmir? - FOTO

Xalq artisti Hacı İsmayılov mərhum həmkarı Nuriyyə Əhmədova haqqında danışmaq istəməyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda "O üz" verilişinin aparıcısı Ülviyyə Xəlilbəyova deyib. O bildirib ki, proqramlarının N.Əhmədovaya həsr edilən buraxılşında aktyordan onunla bağlı fikir öyrənmək istəyiblər:

"Aktyorlar var ki, Nuriyyə xanıma dönük çıxdı. Onlara zəng etdik dedi ki, müsahibə alaq. Cavab verdilər ki, bizdən başqa adam yoxdur müsahibə alasınız? Hacı İsmayılov heç vaxt onun haqqında danışmaq istəmir. "Həm ziyarət, həm ticarət" filmində tərəf müqabili olublar. Amma dəfninə belə getməyib, onunla bağlı danışmaq istəmir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun