"Hərənizin bir saxlayanı var, o vaxt tiktok olmayıb ki, kabinetdə sizi çəkib paylaşardılar"

"Hərənizin bir saxlayanı var, o vaxt tiktok olmayıb ki, kabinetdə sizi çəkib paylaşardılar"

"50 yaşını ötmüş müğənnilər: Aralarında Fəxri adı olan da, olmayan da var. Çıxırsınız efirə ki, vaxtında varımız, evimiz, dövlətimiz, qızılımız olub. İndi hanı onlar? Ağlınız olardı elə xərcləyərdiniz ki, bu yaşınızda da qalardı".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə paylaşdığı videoda deyib. O, ad çəkmədən müğənni Sevda Əliqızının "Məndə olan pul, evlər heç indiki müğənnilərdə olmayıb" sözlərinə cavab verib:

"Bu cavanlara imkan verin. İndi cavanlar nə etsin? Hərənizin bir dövranı, saxlayanı, pul xərcləyəni olub. O vaxtlar telefon, TikTok, instaqram olmayıb ki, sizi də kabinetdə çəkib, sevgililərini  paylaşsınlar. İndi cavanları salmısınız gözümçıxdıya. Siz etdiyinizi indiki müğənnilər etməzlər".

Tolik ayda 100 min manat qazandığını deyən ifaçıları da tənqid edib:

"İndi Şəbnəm, Vəfa (müğənnilər Şəbnəm Tovuzlu, Vəfa Şərifova - red.) çıxıb deyir ki, ayda gəlirim 100 mindir. Vergi qapınızı döysə 77 dəsmalla ağlayacaqsınız. İki günə 100 min qazanan müğənni var. Kimə özünüzü göstərirsiniz? Kimə lazımdır? 3, 4 minə toya gedirsiniz, ayda evdə tapılmırsınız. Bu, göstərici, sənətkarlıq, elit təbəqə deyil. Sizdən yuxarı təbəqə 2, 3 günə 3, 4 toya gedib 100 minləri var. 30 gün hava limanında yatmayaraq, Bakıda ayda 3 toya gedib 100 min qazanan müğənni var. 

Heç kimə paxıllıq etmirəm. Bunu deməklə nə göstərmək istəyirsiniz? Ayda 300, 500 işləyənlərə acıq verirsiniz? Deyirsiniz, siz kasıbsınız, biz varlı? Öllkədə 10 müğənni var ki, ölkədən çıxmır. Nə uşağınızın, nə ərinizin yanındasınız. Bütün günü təyyarədəsiniz. Elə bil milyon qazanırsınız. Ayıbdır, camaat nə deyəcək? Görməmişliyin də dərəcəsi var".

Milli.Az