Bu gün Yaşıl Teatrda Xalq artisti Miri Yusifin konserti baş tutub.
Sənətçinin 3 günlük proqramının birinci günündə maraqlı anlar yaşanıb.
Xalq artistini dinləməyə gələnlər sırasında xanımı Nərgiz Mirbabayeva da olub.
Miri Yusif həyat yoldaşı ilə tanışlıqlarından söz açıb və “Xalq artisti Röya Ayxanın konserti idi. Mən onu gördüm, vuruldum. Bir ay sonra toyumuz oldu. Nərgizim, sənə qurban. Bu mahnı sənin üçün səslənir”, - deyə, bildirərək “Sən qurban” mahnısına keçid edib.
N. Mirbabayeva isə gecə boyu həyat yoldaşının mahnıları ilə əylənib. Onun yanında ailə üzvləri və övladları da olub.
OLAY konsertdə lentə aldığı görüntüləri təqdim edir: Bu gün Yaşıl Teatrda Xalq artisti Miri Yusifin konserti baş tutub.