Xalq artisti Brilliant Dadaşova instaqramda yeni layihəsinin anonsunu verib
OLAY yazır ki, sənətçi ötən günlərdə sosial mediada kürən obrazı ilə diqqət çəkmişdi. Məlum olub ki, onun bu dəyişimi “Haqlısan” adlı layihə üçün imiş.
Dadaşova sosial media hesabındakı paylaşımında kürən bir bəylə görünür. O, sevənləri ilə bölüşdüyü posterin şərh bölümünə “Sən ki özün deyirdin, bizimki tutmaz. Nədən ağlayırsan? Haqlısan!” sözlərini yazıb.
Estrada ulduzunun layihəni yaxın günlərdə təqdim etməsi gözlənilir.