7 illik fasilədən sonra filmə çəkiləcək

7 illik fasilədən sonra filmə çəkiləcək

Türkiyənin tanınmış aktrisası Sinem Kobal karyerasındakı 7 illik fasilədən sonra yeni filmdə rol alacaq. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmkarı, məşhur aktyor Kenan İmirzalıoğlu ilə ailə qurduqdan sonra çəkilişlərə ara verən və vaxtını iki qızına həsr edən aktrisa "Her şeyin başı Merkür" adlı filmi ilə tamaşaçıların görüşünə hazırlaşır. 

Film Ayşe Balıbeyin "Hər şeyin Başı Merkür" adlı astroloji komediya kitabı əsasında çəkiləcək. Ekran işi müharibə müxbiri olmaq arzusunda olan, lakin özünü bir dərgidə ulduz falı yazıçısı kimi tapan şən gənc qız Elifin hekayəsindən bəhs edir. 

Çəkilişləri avqustda başlayacaq filmdə Sinem Kobalın tərəf müqabilinin kim olacağı hələ məlum deyil. 

Qeyd edək ki, 36 yaşlı aktrisa "Selena", "Küçük sırlar", "Gönül işleri", "Hürrem Sultan", "Romantik komedi" kimi bir çox film və seriallarla məşhurlaşıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun