ABŞ-də məhkəmə "Rust" filminin çəkiliş meydançasında operator Qalina Hatçinsin qətlində təqsirli bilinən cinayət işinə xitam verib.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb. Hollivud aktyoru Alek Bolduin qətldə təqsirli bilinməyib.
Bolduinin vəkilləri prokurorları sübutları gizlətməkdə ittiham ediblər. Maraqlıdır ki, dinləmə zamanı prosesə rəhbərlik edən iki prokurordan biri Erlinda Conson istefa verib. Həmçinin müdafiə tərəfi ikinci prokuror Kari Morrissi şahid qismində dindirilməyə çağırılıb.
Nəticədə, hakim Meri Marlou Sommə cinayət işində maddi sübutlarla bağlı əhəmiyyətli pozuntuların olduğunu, yəni aktyorun xeyrinə sübutların qəsdən gizlədildiyini əsas gətirərək Bolduinə qarşı ittihamları ləğv etmək qərarına alıb.
Hakim qərar verdikdən sonra Bolduin hisslərini saxlaya bilməyib və ağlamağa başlayıb. Məhkəmə zalında olan həyat yoldaşı Hilariya onu qucaqlayaraq dəstək olub. Cütlük mediaya açıqlama vermədən oradan ayrılıb.
Onu da bildirək ki, prokurorluq bundan sonra məhkəmənin qərarından apellyasiya şikayəti verə bilməyəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun