Türkiyəli ulduzlar dəbdəbəli ziyafət geyimləri ilə göz oxşadı - FOTO

Türkiyəli ulduzlar dəbdəbəli ziyafət geyimləri ilə göz oxşadı - FOTO

"Harper's Bazaar" jurnalının Türkiyə versiyası 2023-cü ildə bir çox sahələrdə böyük layihələrə imza atan sənətçilərə, alimlərə və idmaçılara, eləcə də iş adamlarına təqdim olunub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "İlin Qadınları Mükafatları"nın təqdim olunma mərasimi dünən İstanbulda keçirilib. Gecənin aparıcılığını Jülide Ateş edib.

Tədbirdə cəmiyyətin, biznesin, idmanın, mədəniyyətin və incəsənətin aparıcı simaları; "Harper's Bazaar Turkey"in dekabr nörməsinin üz qabığında çəkilən Gülse Birsel, İsabeli Fontana, Tuba Büyüküstün, Ajda Pekkan və Karolina Kurkova qatılıb.

Gecənin qaliblərini təqdim edirik:

İlin iş adamı

Zeynep Bodur Okyay

İlin moda dizayneri

Əsli Filinta

İlin idmançısı

Aysu Türkoğlu

İlin aşpazı

Çiğdem Seferoğlu

İlin ilhamvericisi

Gülse Birsel

İlin yüksələn ulduzu

Özge Yağız

Qlobal ikona

Karolina Kurkova

İlin zərgərlik dizayneri

Milka Karaağaçlı

İlin alimi

Dilek Gürsoy

İlin modelləri

Ece və Esin Bıçak

Karyera Mükafatı

Isabeli Fontana

İlin Adamı

Kenan İmirzalıoğlu

İlin aktrisası

Tuba Büyüküstün

Əbədi İkona

Ajda Pekkan

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun