Bu rok qrupu bir gündə üç qitədə çıxış etdi- Təkrarlanmayan REKORD

Bu rok qrupu bir gündə üç qitədə çıxış etdi- Təkrarlanmayan REKORD

İlk baxışdan 24 saat ərzində üç qitədə konsert vermək mümkün deyil. Ancaq bunu bacaran bir musiqi qrupu var.

Milli.Az lent.az-a istinadən bildirir ki, söhbət Britaniyanın kult rok qrupu "Def Leppard"dan gedir.

Musiqiçilər bu rekorda 1995-ci ildə nail olublar.

Əvvəlcə musiqiçilər Londondan Mərakeşin şimalındakı böyük Tanjer şəhərinə yollanıblar. Uçuş 3 saat davam edib.

Afrikada konsert verdikdən sonra "Def Leppard" qrupunun üzvləri Britaniya paytaxtına qayıdıb və burada daha bir konsert veriblər.

Həmin gün musiqiçilər Kanadanın Vankuver şəhərinə getməyi bacarıb, burada da canlı ifa ilə pərəstişkarlarını sevindiriblər.

Beləliklə, 24 saat ərzində Def Leppard rok qrupunun üzvləri üç qitədə: Afrika, Avrasiya, Şimali Amerikada çıxış etməyi bacarıb.Bu nailiyyət Ginnesin

Rekordlar Kitabının tərtibçiləri tərəfindən diqqətdən kənarda qalmayıb.

Onlar hələ də bu statusu qoruyub saxlayırlar, çünki heç kim rekordu qırmağa, hətta təkrarlaya bilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun