Əməliyyatdan sonra Allahverdi Yolçuyev ilk dəfə efirə çıxdı - VİDEO

Əməliyyatdan sonra Allahverdi Yolçuyev ilk dəfə efirə çıxdı - VİDEO

Ölkədə "Ovçu Pirim" kimi məşhurlaşan aktyor Allahverdi Yolçuyev beyin pili əməliyyatı keçirdikdən sonra ilk dəfə efirə çıxıb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, 6 ilə yaxındır ki, parkison xəstəliyindən əziyyət çəkən 65 yaşlı aktyor "Elgizlə izlə" verilişinə gələrək hazırki səhhətindən danışıb.

"Adamın ağlına gəlməz ki, bu gün əlin əssin, sabahısı gün isə efirə əlin əsməyərək çıxasan. Əməliyyatımdan artıq 10 gün keçib və əlimin əsməsi tamamilə dayanıb. Məni əməliyyat edən həkimə ümüdim böyükdür. O həkim Türkiyədə təhsil alıb. Mən 10-cu adamam ki, o, məni bu cür əməliyyat edib", - deyə A.Yolçuyev vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun