“İki mədəni insan kimi boşandıq” - FOTO

“İki mədəni insan kimi boşandıq” - FOTO

İnfluenser Aysel Həsəni keçmiş rəfiqəsi Asya Aslanova ilə münasibətini bitirməsindən danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu yutub proqramında açıqlama verib.

"Asyayla bizim uzun müddət yaxın rəfiqəliyimiz olub. Bəzən hiss edirsən ki, bu rəfiqəlik bir az davam etsə, qırğına doğru gedir. Xasiyyətimiz tutuşmurdu, arada hiss edirdik ki, dostluğumuz bizi yorur. Dalaşmırdıq, fikri ayrılıqlarımız olurdu. Boşanan cütlüklər kimi rəfiqə yox, dost qalmağı seçdik. İndi də hansısa məclisdə qarşılaşsaq, salamlaşırıq. Dava-qırğın deyil, normal iki mədəni insan kimi boşandıq. Bu gün də bir-birimizi görəndə hal-əhval tuturuq", - deyə, Aysel vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun