"O üz" verilişinin növbəti buraxılışı mərhum aktyor, Əməkdar artist Azər Mirzəyevə həsr edilib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Əməkdar artist Vahid Əliyev sənət dostu haqqında danışıb. O bildirib ki, A.Mirzəyevlə bir universitetdə təhsil alıblar:
"Azər Mirzəyev, Gülşən Qurbanova və mən qrup yoldaşı olmuşuq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışdıq. Çox tamaşalarda tərəf müqabili olduq. Azər televiziyaya meyilli idi. Gülşənlə yaxşı dost idilər. Ona balalarının toyu, xoş günü qismət olmadı. İnsana vaxtında qiymət verilməlidir. Ona vaxtında qiymət vermədilər. Üç teatrı birləşdirdilər... O isə incidi... Biz içəridən çəkirik. O da incidi və teatrı dəyişdi. Gedən vaxtı da öldü. Azəri laqeydlik öldürdü".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun