Müğənni Günel Zeynalova əməliyyat olunan İbrahim Tatlısesi xəstəxanada ziyarət edib.
OLAY yazır ki, bununla bağlı Günel instaqramda fotolar paylaşıb.
“Çox şükür aslan atamın əməliyyatı uğurlu keçib. “İmperator” sağ-salamat yanımızdadır. Allah səni bizə çox görməsin. Səni çox sevirəm”, - deyə, Günel bildirib.
O, həmçinin Tatlısesin ötən günlərdə barışdığı Ahmet Tatlıseslə də fotosunu izləyiciləri ilə bölüşüb.