"Yanlış bir evlilik ömürboyu uduzmaq deməkdir. Evlilik çox önəmlidir".
- "Gəlinim əziyyət çəkməyəcək, qulluğunda duracağam"
- "Özüm gözəl olmamışam, ona görə də gözəl gəlin axtarıram"
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Zaurla Günaydın" verilişində deyib. Müğənni Övladlarından bəhs edib. O, qızının ailəsi ilə bağlı suallara belə reaksiya verib:
"İndi yaxşı qızların kökü kəsilib. Yoxdur belə insanlar. Övladlarıma çox tövsiyə verirəm. Ona görə də oğlum hələ subay qalıb. Deyirlər ki, oğluna bir qız tapa bilmirsən? Təəccüb qalıram. Siz nə danışırsınız? İllərdir dişimlə, dırnağımla çalış, qur yarat, övladlarım üçün. Rahat olmaq istəyirəm. Övladlarımdan rahat olmaq istəyirəm. Qızımla bağlı rahatam".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun