Aktyor Kallum Törnerın yeni “James Bond” obrazı üçün seçildiyi iddia olunur.
OLAY yazır ki, Britaniyalı aktyor Kallum Törner məşhur franşizanın yenidən ekranlaşdırılmasında yeni Ceyms Bond olacaq.
36 yaşlı Törner final kastinq mərhələsini uğurla keçərək Cek Loudon və Coş O'Konnor kimi rəqiblərini geridə qoyub. Aktyorun 007 obrazı üçün eksklüziv müqavilə imzalamaq məqsədilə prodüser şirkətinin direktorlar heyətindən təcili şəkildə ayrılması da bu təyinatı təsdiqləyən məqam kimi qiymətləndirilir.


Mənbə:
olay.az
















