Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirovun doğma anası Lalə övladının itkin düşdüyünü bildirib.
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, Lalə "Səni axtarıram" verilişinə gələrək, övladının tapılması üçün yardım istəyib. Bir neçə aydır Orxanın axtarışı getsə də onunla bağlı heç bir məlumat yoxdur.
- "Yuxuda İlhamə dedi ki, Sərxan məni narahat edir"
- "Orxan ukraynalı xanımla evlənib"
Proqramın aparıcısı Xoşqədəm Hidayətqızı məsələ ilə bağlı "Orxanın yoxa çıxmasında əli olan Ramin adlı oğlandır. O, Macarıstanda yaşayır" sözlərini söyləyib.
Qeyd edək ki, Lalə oğlunun 8 aydır itkin düşdüyünü bildirib. Onun Rusiyada və Türkiyədə olduğu iddia edilib. Son olaraq isə Orxanın külli miqdarda pulla Dubaya getdiyi iddia olunmuşdu.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun